Mançini “Nottingem Forest”in yeni baş məşqçisi ola bilər

Xəbərlər
18 Oktyabr 2025 21:20
35
Mançini “Nottingem Forest”in yeni baş məşqçisi ola bilər

İtaliya millisinin keçmiş baş məşqçisi Roberto Mançini rəhbərlik tərəfindən “Nottingem Forest”in yeni baş məşqçisi kimi nəzərdən keçirilir.

İdman.Biz bildirir ki, bu barədə “The Athletic” xəbər verir.

Bu gün, oktyabrın 18-də “Nottingem Forest” Angelos Postekoğlunun baş məşqçi vəzifəsindən uzaqlaşdırıldığını açıqlayıb. Postekoğlunun əvəzlənməsi ilə bağlı hələlik rəsmi məlumat yoxdur.

Roberto Mançini “Bolonya”, “Sampdoriya” və “Latsio”da çıxış edib. O, “Latsio”, “İnter”, “Mançester Siti”, “Qalatasaray” və “Zenit Sankt-Peterburq”u çalışdırıb. Mançini İtaliya millisi ilə 2020-ci ildə Avropa çempionu olub.

İdman.Biz