Almaniya Bundesliqasının 7-ci turunun “Bavariya” – “Borussiya Dortmund” matçı başa çatıb.
İdman.Biz bildirir ki, matçda “Bavariya” 2-1 hesabı ilə qalib gəlib.
22-ci dəqiqədə Harri Keyn hesabı açaraq, “Bavariya”nı önə keçirib. 79-cu dəqiqədə Maykl Olise ikinci topu “Borussiya”nın qapısından keçirib. 84-cü dəqiqədə Yulian Brandt hesab arasındakı fərqi azaldıb.
Bu oyundan sonra “Bavariya” 21 xalla Bundesliqanın turnir cədvəlinə başçılıq edir, “Borussiya Dortmund” isə 14 xalla dördüncü yerdədir.
Növbəti turda münhenlilər oktyabrın 25-də səfərdə “Borussiya Mönhenqladbax”la qarşılaşacaq, “Borussiya Dortmund” isə həmin gün doğma meydanda “Köln”ü qəbul edəcək.