“Nitsa” “Lion” üzərində qələbə qazanıb

Xəbərlər
18 Oktyabr 2025 21:54
36
“Nitsa” “Lion” üzərində qələbə qazanıb

Fransa Liqa 1-də 8-ci turun “Nitsa” – “Lion” matçı başa çatıb.

İdman.Biz bildirir ki, komandalar Fransanın Nitsa şəhərindəki “Allianz Riviera” stadionunda qarşılaşıblar. Qarşılaşmada meydan sahibləri 3:2 hesabı ilə qalib gəlib.

Meydan sahiblərindən Melvin Bar matçda ilk qolu 5-ci dəqiqədə vurub. 29-cu dəqiqədə “Lion”un yarımmüdafiəçisi Pavel Şuls hesabı bərabərləşdirib. Cəmi 6 dəqiqə sonra Sofyan Diop “Nitsa”nı önə keçirib.

55-ci dəqiqədə isə meydan sahiblərinin əlcəzairli yarımmüdafiəçisi Hişem Budaui hesabı 3:1-ə çatdırıb. Qonaqların 90+5-də Pavel Şulsun ikinci qolu ilə hesab arasındakı fərqi azaldıblar.

Bu görüşdən sonra “Nitsa”nın aktivində 11 xal var. Komanda hazırda Fransa çempionatının cədvəlində səkkizinci yerdədir. 15 xalı olan “Lion” dördüncü pillədə qərarlaşıb.

İdman.Biz