İngiltərə Premyer Liqasının 8-ci turunun bir neçə oyunu keçirilib.
İdman.Biz bildirir ki, “Mançester Siti” “Everton”la qarşılaşıb. Oyunda “şəhərlilər” 2:0 hesablı qələbə qazanıb. 58-ci dəqiqədə Erlinq Haland hesabı açıb, 63-cü dəqiqədə norveçli dubl edib.
Bu oyundan sonra “Mançester Siti” 16 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlinə başçılıq edir, "Everton” isə 11 xalla 10-cu yerdədir.
Növbəti turda “Siti” oktyabrın 26-da səfərdə “Aston Villa” ilə qarşılaşacaq, “Everton” isə həmin gün “Tottenhem Hotspur”u qəbul edəcək.
“Kristal Pelas” – “Bornmut” matçı isə bolqollu alınıb – 3:3.
Yeddinci dəqiqədə qonaqları önə keçirən Eli Krupi, 38-ci dəqiqədə ikinci qolunu vurub. Jan-Filipp Mateta 64-cü dəqiqədə hesab arasındakı fərqi azaldıb, 69-cu dəqiqədə isə hesabı bərabərləşdirib. Rayan Kristi 89-cu dəqiqədə “Bornmut”u yenidən önə çıxarsa da, 90+7-ci dəqiqədə Mateta penaltini dəqiq yerinə yetirərək het-trikini tamamlayıb.
Bu oyundan sonra “Kristal Pelas” 13 xalla Premyer Liqa cədvəlində səkkizinci, “Bornmut” isə 15 xalla dördüncü pillədə qərarlaşıb.
Növbəti turda “Pelas” oktyabrın 26-da səfərdə “Arsenal”la qarşılaşacaq, “Bornmut” isə həmin gün “Nottingem Forest”i qəbul edəcək.
Turun digər oyununda “Sanderlend” Nordi Mukiele (16) və Ladislav Kreyçi (90+2) qolları ilə “Vulverhempton”u məğlub edib.
“Brayton” – “Nyukasl Yunayted” oyunu da gərgin alınıb. Meydan sahiblərindən Denni Uelbekin 41 və 84-cü dəqiqələrdə vurduğu qollara qonaqlar Nik Voltemadenin 76-cı dəqiqədəki zəbəsi ilə cavab veriblər – 2:1.
“Bernli” isə öz meydançasında “Lids Yunayted”dən üstün olub – 2:0.
Qolları 18-ci dəqiqədə Lesli Uqoçukvu və 68-ci dəqiqədə Lum Çauna vurublar.