Hansi Flik “El klasiko”da ola bilməyəcək

Xəbərlər
18 Oktyabr 2025 21:45
77
Hansi Flik “El klasiko”da ola bilməyəcək

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik İspaniya çempionatının 9-cu turunun “Jirona” ilə oyununda (2:1) qırmızı vərəqə alıb.

İdman.Biz bildirir ki bu səbəbdən “blauqrana”nın baş məşqçisi növbəti turun “Real Madrid”lə oyununda komandasını yan xətdən idarə etməyəcək.

“Jirona” üzərində qələbədən sonra "Barselona" 22 xal toplayıb və İspaniya çempionatının turnir cədvəlində birinci yerə yüksəlib. “Real Madrid”in bir xalı azdır, amma “Xetafe” ilə matç (19 oktyabr) qarşıdadır.

“El Klasiko”dan əvvəl hər iki komanda Çempionlar Liqasında ev matçı keçirəcək: “Barselona” oktyabrın 21-də Yunanıstanın “Olimpiakos”u ilə, ertəsi gün isə “Real Madrid” İtaliyanın “Yuventus” komandası ilə qarşılaşacaq.

İdman.Biz