Almaniya Bundesliqasının VII turunun “Volfsburq” – “Ştutqart” matçına yekun vurulub.
İdman.Biz bildirir ki, oyunda qonaqlar 3:0 hesabı ilə qalib gəlib.
Hesabı 35-ci dəqiqədə Tiaqo Tomaş açıb, 55-ci dəqiqədə Maksimilian Mittelştedt, 80-ci dəqiqədə isə Anjelo Stiller qola imza atıblar.
Bu oyundan sonra “Volfsburq” 5 xalla Almaniya çempionatının turnir cədvəlində 15-ci, “Ştutqart” isə 15 xalla üçüncü pillədə qərarlaşıb.
Növbəti turdə “Volfsburq” oktyabrın 25-də səfərdə “Hamburq”la qarşılaşacaq, oktyabrın 26-da “Ştutqart” “Maynts”ı qəbul edəcək.