"Mançester Yunayted" italiyalı ulduz Mateo Retegi üçün 70 milyon avro təklif etməyə hazırdır.
İdman.Biz “Tuttosport”a istinadla xəbər verir ki, Reteqi bu yay 70 milyon avro qarşılığında “Atalanta”dan “Əl-Qadisiya”ya keçib. O, 25 qolla A Seriyasının bombardiri olub.
“Mançester Yunayted” gələn yay italyan üçün eyni məbləği təklif etməyə hazırdır. Futbolçunun İngiltərə klubunun təklifi ilə maraqlandığı bildirilir.
Retegi Cennaro Qattuzonun İtaliya millisini çalışdırdığı ilk 4 matçda 5 qol vurub və 3 məhsuldar ötürmə edib. O, bu mövsüm "Əl-Qadisiya"nın heyətində bütün yarışlarda 5 matçda meydana çıxıb və 3 qol vurub.