Zədələrinə görə COVID-19 peyvəndi istehsalçısını günahlandıran futbolçu məhkəmədə uduzub

Xəbərlər
17 Oktyabr 2025 05:14
32
Zədələrinə görə COVID-19 peyvəndi istehsalçısını günahlandıran futbolçu məhkəmədə uduzub

Fransanın “Laval” klubunun keçmiş hücumçusu Fransua Ksavye Fümu Tamuzo, zədə səbəbiylə karyerasını erkən bitirdikdən sonra, COVID-19 peyvəndi istehsalçısı “Pfizer”i zədələrinə görə günahlandıraraq məhkəməyə verib.

İdman.Biz “L'Équipe”ə istinadən bildirir ki, o, peşəkar futbolçuların peyvənd olunması ilə bağlı tövsiyələrini əsas gətirərək Fransa Futbol Federasiyasından (FFF) da şikayət edib.

Fransız nəşrinin məlumatına görə, oyunçu artıq bir neçə dəfə hakimiyyət orqanlarına müraciət edib, lakin onlar onun zədələri, o cümlədən menisk və Axilles vətərinin yırtılması ilə COVID peyvəndi arasında birbaşa əlaqə tapmayıblar.

Apellyasiya məhkəməsi hökmü qüvvədə saxlayıb və bununla da Tamuzonun bir daha məhkəmədə uduzub.

İdman.Biz