Son bir ayda Qazaxıstanda üç futbolçu həlak olub

Xəbərlər
17 Oktyabr 2025 01:53
28
Son bir ayda Qazaxıstanda üç futbolçu həlak olub

Son bir ay ərzində Qazaxıstan futbolunda 3 faciə baş verib.

Bu barədə İdman.Biz Sports.kz-a istinadən xəbər verir.

Sentyabrın 23-də 19 yaşlı “Jenis” klubunun futbolçusu Viktoriya Kaysarinova Pavlodar-Astana magistral yolunda dəhşətli qəzada dünyasını dəyişib. Onun olduğu avtomobilin sürücüsü ara məsafəni saxlamayıb, nəticədə onlar yük maşını ilə toqquşublar.

Oktyabrın 12-də “Aktobe”nin 16 yaşadək futbolçulardan ibarət komandasının 15 yaşlı futbolçusu Aron Musa dünyasını dəyişib. Onunla bir yerdə arasında nənəsi və əmisi oğlu da olub. İlkin məlumata görə, ölüm səbəbi dəm qazından zəhərlənmə olub.

Oktyabrın 16-da “Xan-Tenqri”nin 19 yaşlı hücumçusu Dias Tuleunun ölüm xəbəri yayılıb. O, “Ekibastuz” ilə oyun zamanı huşunu itirib və dünyasını dəyişib.

İdman.Biz