Dembelenin ətrafı onun maaşının qaldırılmasını istəyir

Xəbərlər
16 Oktyabr 2025 00:57
36
Dembelenin ətrafı onun maaşının qaldırılmasını istəyir

Usman Dembelenin ətrafı “Qızıl top”u aldığına görə onun PSJ ilə müqaviləsini yenidən müzakirə etmək istəyir.

Bu barədə İdman.Biz “L'Equipe”yə istinadən xəbər verir.

Fransalının maaşı hazırda ildə 18 milyon avrodur.

Məlumata görə, klub rəhbərliyi Dembelenin maaşını Parisdə 30 milyon avroya yaxın qazanan Neymar və Messi səviyyəsinə qaldırmağı istisna edir.

İdman.Biz