40 yaşlı portuqaliyalı hücumçu Kriştiano Ronaldo 2026-cı il UEFA Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Macarıstanla matçda (2:2) göstərdiyi son rekordu şərh edib.
İdman.Biz bildirir ki, forvard iki qol vuraraq, dünya çempionatının seçmə mərhələsində qollarına görə yeni dünya rekorduna imza atıb.
“Heç kimə sirr deyil ki, milli komandanı təmsil etmək mənim üçün çox şey deməkdir və buna görə də Portuqaliya üçün bu unikal nəticəyə nail olmaqdan çox qürur duyuram. Bura gəlməyimdə kömək edən hər kəsə təşəkkür edirəm. Noyabrda dünya çempionatına vəsiqəni qazanmaq üçün görüşənədək!”, - Ronaldo sosial şəbəkədə yazıb.
Seçmə turnirin bitməsinə iki tur qalmış Portuqaliya dörd oyundan sonra 10 xalla F qrupuna başçılıq edir, ən yaxın rəqibi Macarıstan isə 5 xal geridədir.
Qrup qalibi birbaşa dünya çempionatına vəsiqə qazanır, ikinci yeri tutan komanda isə pley-offa yüksəlir.