Noyabrda İngiltərə Premyer Liqasının klubları maaş və transferlərə xərcləri məhdudlaşdıran sistemin tətbiqinə səs verəcək.
Bu barədə İdman.Biz-in “The Times”a istinadən məlumat verir.
Bu məhdudlaşdırma hər bir klubun xərclərinin mövsüm ərzində qazandığı mükafat pulu və televiziya gəlirlərini beş dəfədən çox üstələməməsini nəzərdə tutur. Məsələn, keçən mövsümü 20-ci pillədə başa vuran “Şeffild Yunayted” üçün (təxminən 109,5 milyon funt-sterlinq gəlirlə) yuxarı hədd təxminən 550 milyon funt sterlinq olacaq.
“Mançester Yunayted” və “Mançester Siti” bu ideyaya qarşı çıxıblar və hesab edirlər ki, belə bir məhdudiyyət onların rəqabət qabiliyyətini azalda bilər və İngiltərə futbolunun ümumi vəziyyətinə mənfi təsir göstərə bilər. Onlar həmçinin cərimə xal sisteminin çox sərt və ədalətsiz ola biləcəyi ilə bağlı narahatlıqlarını ifadə edirlər.