Niderland millisinin yarımmüdafiəçisi Frenki de Yonq “Barselona” ilə müqaviləsini 2029-cu ilə qədər uzatmağa razılaşıb.
İdman.Biz-in “Mundo Deportivo”ya istinadən verdiyi məlumata görə, yeni müqavilənin imzalanması futbolçu millidən qayıtdıqdan sonra, oktyabrın 15-i çərşənbə günü baş tutacaq.
Nəşrin məlumatına görə, 28 yaşlı futbolçunun sərbəst qalma məbləği 500 milyon avroya yüksələcək.
De Yonq 2019-cu ildən “Barselona”da çıxış edir və “Ayaks”dan 85 milyon avroya transfer olunub. Bu müddət ərzində o, 267 oyun keçirib, 19 qol vurub və 24 məhsuldar ötürmə edib. Hollandiyalı oyunçu Kataloniya klubu ilə iki İspaniya çempionluğu (2023, 2025), iki İspaniya kuboku (2021, 2025) və iki İspaniya Superkuboku (2023, 2025) qazanıb.
Bu mövsüm de Yonq “Barselona”nın heyətində bütün turnirlərdə səkkiz oyun keçirib və bir məhsuldar ötürmə edib.