DÇ-2026-nın Avropa seçmə mərhələsinin IV turu çərçivəsində keçirilən Sloveniya İsveçrə ilə qarşılaşıb.
İdman.Biz bildirir ki, oyun Lyublyanada baş tutub.
Qarşılaşma 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.
Komandalar oyun boyu heç bir qol vura bilməyib və bir dəfə də olsun çərçivəyə zərbə endirə bilməyiblər.
Bu oyundan sonra İsveçrə 10 xalla B qrupunun turnir cədvəlində birincidir. Sloveniya 3 xalla üçüncüdür.
2026-cı il dünya çempionatı yayda üç ölkədə keçiriləcək: ABŞ, Kanada və Meksika.