İtaliya yığmasının qapıçısı Canluici Donnarummanın PSJ-dən “Mançester Siti”yə keçidi yay transfer pəncərəsinin ən yaxşı müqaviləsi seçilib.
İdman.Biz bunu 20 futbol agenti arasında sorğu keçirən “The Athletic”ə istinadən xəbər verir.
Donnarummanın transferinə beş respondent səs verib. İkinci yerdə hücumçu Cek Qrilişin “Siti”dən “Everton”a icarəyə verilməsi dayanır. Ona dörd agent səs verib.
İlk üçlüyü iki səs toplayan isveçli forvard Viktor Dyekereşin “Sportinq Lissabon”dan “Arsenal”a transferi tamamlayıb. Qalan respondentlər hər biri bir səs alan müxtəlif digər transferləri qeyd ediblər.