Ançelotti Neymarın DÇ-2026-da oynamaq şanslarını dəyərləndirib

Xəbərlər
13 Oktyabr 2025 22:57
31
Ançelotti Neymarın DÇ-2026-da oynamaq şanslarını dəyərləndirib

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti “Santos”un hücumçusu Neymarın 2026-cı il dünya çempionatında mübarizəyə qatılıb qatılmayacağına aydınlıq gətirib.

İdman.Biz-in məlumatına görə, Ançelotti deyib ki, o, Neymarın sağlamlığını bərpa edəcəyinə və fiziki cəhətdən mübarizəyə hazır olacağına ümid edir.

“Neymar formada olanda onun səviyyəsi ona dünyanın istənilən komandasında və istənilən klubunda oynamağa imkan verir. Martdakı təlim-məşq toplanışı üçün heyət çox güman ki, dünya çempionatına gedəcək heyətə yaxın olacaq. Biz bir neçə oyunçunu qiymətləndirmək istəyirik, amma əsas ideya indi komandanın özəyini formalaşdırmaqdır”, - “Marca” nəşri Ançelottinin sözlərindən sitat gətirib.

Xatırladaq ki, Braziliya oktyabrın 14-də Yaponiya millisi ilə qarşılaşacaq.

İdman.Biz