PSJ “Real Madrid”in hücumçusu ilə maraqlanır

Xəbərlər
13 Oktyabr 2025 20:56
22
PSJ “Real Madrid”in hücumçusu ilə maraqlanır

“Real Madrid”in hücumçusu Endrik bu qış başqa komandaya icarəyə verilə bilər.

İdman.Biz “Sport.es”ə istinadən xəbər verir ki, futbolçu ilə maraqlanan klublardan biri də onu “Real”a keçməmişdən əvvəl də almaq istəyən PSJ-dir.

Mənbənin məlumatına görə, Kral Klubu 19 yaşlı forvardı Fransa nəhənginə vermək istəmir.

Qeyd olunur ki, Endriklə “Yuventus”, “Real Sosyedad” və “Vest Hem” də maraqlanırlar.

Braziliyalı futbolçu bu mövsüm “Real Madrid”in heyətində bir dənə də olsun oyun keçirməyib. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 35 milyon avrodur.

İdman.Biz