“Çelsi” “Barselona”nın müdafiəçisi Ronald Arauxo ilə maraqlanır.
İdman.Biz bildiri ki, London klubu bu yay 26 yaşlı futbolçunu almağa cəhd edə bilər.
“Football Insider”ə görə, “göylər” bu qış uruqvaylı üçün hər hansı bir addım atmayacaqlar.
Məlumata əsasən, “Barselona” klubu maddi durumuna görə Arauxonu satmaq məcburiyyətində qala bilər. Lakin bu, 2026-cı ilin yayına kimi “Barsa”nın maliyyə vəziyyətindən asılı olacaq.
Bu mövsüm Arauxo bütün yarışlarda yeddi matçda meydana çıxıb, bir qol vurub. Onun klubla hazırkı müqaviləsi 2031-ci ilin yayına qədərdir. Transfermarkt-ın məlumatına görə, onun bazar dəyəri 35 milyon avrodur.