“Lill”in 39 yaşlı fransalı hücumçusu Olivye Jiru Fransa millisinə qayıdışı ilə bağlı danışıb.
İdman.Biz xəbər verir ki, Jiru hazırda 57 qolla Fransa yığmasının rekordçusudur.
“Qayıtmaq istəyim yoxdur, mənə böyük şərəf veriblər. Məni geri qaytarmaq üçün əsl qırğın olmalıdır. Hazırda beş hücumçumuz var və məşqçi məni çağırmır. O, səhifəni çevirdiyimi başa düşür. Əgər matç zamanı kömək etməliyəmsə, karyeramı bitirdiyimi elan etsəm belə, imtina etmək mənim üslubum deyil”, - oyunçu deyib.
Bu mövsüm futbolçu Liqa 1-də klubun heyətində altı oyuna çıxıb, iki qol vurub.