“Mançester Yunayted” 32 yaşlı mərkəz müdafiəçisi Harri Maquayrla müqavilənin müddətini uzatmaq üçün danışıqlar aparır. Futbolçunun “qırmızı şeytanlar”la müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.
Bu barədə İdman.Biz insayder Fabritsio Romanonun X sosial şəbəkəsindəki paylaşımına istinadən məlumat verir.
Mənbənin məlumatına görə, son günlərdə ingilis futbolçunun ətrafı ilə görüş baş tutub. Yaxın vaxtlarda futbolçunun müqaviləsini müzakirə etmək üçün növbəti görüşlər keçiriləcək. “Mançester Yunayted” Maquayrın komandaya liderlik etməsindən razıdır.
Müdafiəçi 2019-cu ilin yayından “qırmızı şeytanlar”da çıxış edir. Bu müddət ərzində Maquayr bütün yarışlarda 253 matçda meydana çıxıb, 16 qol vurub və 9 məhsuldar ötürmə edib. Transfermarkt portalının verdiyi məlumata görə, futbolçunun bazar dəyəri 13 milyon avrodur.