Futbol üzrə dünya çempionatı Ramazan ayı səbəbindən növbəti il keçirilə bilər

Xəbərlər
9 Oktyabr 2025 20:22
45
Futbol üzrə dünya çempionatı Ramazan ayı səbəbindən növbəti il keçirilə bilər

FIFA 2034-cü ildə Səudiyyə Ərəbistanında keçiriləcək dünya çempionatini 2035-ci ilin yanvarına qədər təxirə sala bilər.

İdman.Biz bu barədə “The Athletic”ə istinadən xəbər verir.

Səbəb isə 2034-cü ildə Ramazan ayının noyabr və dekabr aylarına təsadüf etməsidir.

Beləliklə, Səudiyyə Ərəbistanında keçiriləcək mundial tarixdə ilk dəfə tək ildə keçirilə bilər.

FİFA prezidenti Canni İnfantino isə bildirib ki, bütün dünya çempionatlarının mart və ya oktyabr aylarına keçirilməsi məsələsi nəzərdən keçirilir: “Əgər uyğun iqlim şəraitində oynamaq istəyiriksə, mart və ya oktyabrı seçməliyik. Artıq danışıqlar aparılır”.

İdman.Biz