“Barselona” 86 milyon avroya aldığı oyunçunu itirmək istəmir

Xəbərlər
8 Oktyabr 2025 23:37
32
“Barselona” 86 milyon avroya aldığı oyunçunu itirmək istəmir

“Barselona” Frenki de Yonqla müqaviləni uzatdığını elan etməyə hazırlaşır.

İdman.biz-in “TV3”ə istinadən verdiyi məlumata görə, tərəflər danışıqların son mərhələsindədirlər və yaxın vaxtlarda razılıq əldə olunacaq.

Proses futbolçunun nümayəndələrinin iştirakı ilə baş verən dəyişikliklərlə əlaqədar yubansa da, klubla futbolçu arasında heç bir maliyyə anlaşılmazlığı yaranmayıb.

28 yaşlı hollandiyalı “Barselona”da 2019-cu ildən çıxış edir. O, “Ayaks”dan 86 milyon avroya alınıb. Bu müddət ərzində de Yonq 267 oyun keçirib, 19 qol vurub və 24 məhsuldar ötürmə edib.

İdman.biz