“Barselona” ilə “Vilyarreal”ın Mayamidəki oyundan nə qədər qazanacaqları məlum olub

Xəbərlər
8 Oktyabr 2025 08:10
27
“Barselona” ilə “Vilyarreal”ın Mayamidəki oyundan nə qədər qazanacaqları məlum olub

İspaniya La Liqasının 17-ci turunun oyununu ABŞ-ın Mayami şəhərində keçirəcək “Vilyarreal”la “Barselona” 5-6 milyon avro qazana bilərlər.

Bu barədə İdman.biz “Sport.es”ə istinadən xəbər verir.

Nəşrin yazdığına görə, UEFA matçın xaricdə keçirilməsinə qarşıdır, çünki buna qanunvericilikdəki boşluqlar vasitəsilə nail olunub. Təşkilat gələcəkdə oxşar halların qarşısını almağa çalışacaq.

“Vilyarreal” rəhbərliyi isə matçın ABŞ-da keçirilməsinə böyük üstünlük kimi baxır və hətta klubun abonoment sahiblərinin ABŞ-a gediş haqqını ödəməyə hazırdır.

İdman.biz