Valverde yorğunluq səbəbindən millinin oyunlarını buraxacaq

Xəbərlər
8 Oktyabr 2025 07:21
34
Valverde yorğunluq səbəbindən millinin oyunlarını buraxacaq

“Real Madrid”in yarımmüdafiəçisi Federiko Valverde Uruqvay millisinin baş məşqçisi Marselo Bielsadan dincəlmək üçün onu oktyabrda keçiriləcək yoldaşlıq görüşlərinə çağırmamağı xahiş edib.

İdman.biz bildirir ki, Uruqvay yığması oktyabrın 10 və 13-də Dominikan Respublikası və Özbəkistanla qarşılaşacaq.

Valverde bu mövsüm bütün turnirlərdə 9 oyun keçirib və 3 məhsuldar ötürmə edib. Ümumilikdə yarımmüdafiəçi son 3 ildə İspaniya klubunun heyətində 184 mümkün matçın 174-də meydana çıxıb.

O, həmçinin milli komandanın heyətində 23, ümumilikdə 197 oyun keçirib.

İdman.biz