“İndi mənə kim ötürmə edəcək?” - Messi Albanın qərarını ürək ağrısı ilə qarşılayıb

Xəbərlər
8 Oktyabr 2025 01:30
36
“İndi mənə kim ötürmə edəcək?” - Messi Albanın qərarını ürək ağrısı ilə qarşılayıb

“İnter Mayami”nin hücumçusu Lionel Messi “flaminqo”nun müdafiəçisi Jordi Albanın MLS-in cari mövsümünün sonunda karyerasını bitirmək qərarına münasibət bildirib.

İdman.biz-in məlumatına görə, Messi sosial şəbəkə hesabında Albanın gedişinə kövrək reaksiya verib:

“Təşəkkür edirəm, Jordi. Sənin üçün çox darıxacağam. Birlikdə keçirdiyimiz bu qədər şeydən sonra sol cinaha baxıb səni orada görməmək qəribə olacaq. Bu ağlasığmazdır, gör ötən illər ərzində mənə nə qədər məhsuldar ötürmə etmisən. İndi müdafiədən o ötürmələri mənə kim edəcək?"

Messi və Alba 2012-ci ildən 2021-ci ilə kimi “Barselona”da birgə çıxış ediblər. 2023-cü ilin yayında onların hər ikisi “İnter Mayami”də oynamağa başlayıblar.

İdman.biz