“İnter Mayami” “Real” və “Mançester Yunayted”in keçmiş müdafiəçisi ilə maraqlanır

Xəbərlər
8 Oktyabr 2025 01:12
32
“İnter Mayami” “Real” və “Mançester Yunayted”in keçmiş müdafiəçisi ilə maraqlanır

Müdafiəçi Jordi Alba cari MLS mövsümünün sonunda karyerasını başa vuracağını açıqladıqdan sonra “İnter Mayami” keçmiş “Real Madrid” və “Mançester Yunayted” müdafiəçisi Serxio Regilonu transfer etməyi düşünür.

Bu barədə İdman.biz ESPN-ə istinadla xəbər verir.

Nəşrin məlumatına görə, Regilon “Tottenhem”in heyətində ötəm mövsüm 6 oyun keçirib və qol vurmayıb. Müdafiəçi daha əvvəl “Real Madrid”, “Atletiko Madrid”, “Sevilya”, “Mançester Yunayted” və “Brentford”da çıxış edib.
Regilon İspaniya milli komandasında da altı oyun keçirib.

Albanın müqaviləsi 2027-ci ilə qədərdir. Buna baxmayaraq, ispaniyalı karyerasını bitirmək qərarına gəlib. Müdafiəçi bu mövsüm Şimali Amerika Liqasında 28 matçda 5 qol vurub və 9 məhsuldar ötürmə edib.

İdman.biz