“Qalatasaray”ın və Almaniya millisinin cinah oyunçusu 29 yaşlı Leroy Sane “Oktoberfest” festivalında əlbəyaxa dava edib.
İdman.biz bildirir ki, “oktoberfest” Almaniyanın Münhen şəhərində hər il keçirilən məşhur xalq festivalıdır. O, dünyanın ən böyük pivə festivalı sayılır.
“Festival çadırında uzun müddət təxribata məruz qaldım və alçaldıldım. “Qalatasaray” da təhqir olundu. Qəbul edə bilmədim və reaksiya verdim. Sonra məni itələdilər və qısa bir dava oldu. Təbii ki, daha sakit olmalı, sözlərə məhəl qoymamalıydım. Bundan ibrət dərsi aldım”.
Leroy Sane “Qalatasaray”a 2025-ci ilin iyulunda 32 milyon avroya “Bavariya”dan keçib. Bu mövsüm o, klubda bütün turnirlərdə doqquz oyuna çıxıb, bir qol vurub və iki məhsuldar ötürmə edib.