Baş məşqçi qapıçının hədiyyə alması barədə: “Bu, düzgün deyil”

Xəbərlər
6 Oktyabr 2025 19:51
35
Baş məşqçi qapıçının hədiyyə alması barədə: “Bu, düzgün deyil”

Baş məşqçi Rafael Urazbaxtin “Kayrat”ın futbolçularına verilən hədiyyələrə skeptic yanaşdığını bildirib.

“Kayrat”"ın qapıçısı Şerxan Kalmurzaya Çempionlar Liqasının “Real”la oyunundan (0:5) sonra avtomobil hədiyyə edilib.

“Biz bu hədiyyələri verməyi iş adamlarımıza qadağan edə bilmərik. Amma burada başa düşməliyik ki, bir oyunçunu fərqləndirmək düzgün deyil. Bu, komanda idmanıdır.

Mənim fikrim belədir: əgər kömək etmək istəyirlərsə, kömək etsinlər, amma, məsələn, kluba. Məsələn, avtobus, ya da mikroavtobus. Ya da hədiyyə verəcəklərsə, hamıya verməlidirlər.

Komanda işimiz nöqteyi-nəzərindən, təbii ki, hər hansı bir şəxsi ayırmaq düzgün deyil. Biz bir komandayıq. Amma yenə də, mən hədiyyə verməyi qadağan edə bilmərəm", - “Kayrat”ın baş məşqçisi deyib.

İdman.biz