Braziliya millisi 20 yaşadək futbolçular arasında dünya çempionatında mübarizəni dayandırıb.
İdman.biz bildirir ki, Cənubi Amerika təmsilçisi üçüncü oyununda İspaniya ilə qarşılaşıb.
Komandalar Çilinin Santyaqo şəhərindəki “Estadio Nasional Xulio Martinez Pradanos”da oynayıblar. Qarşılaşmada İspaniya 1:0 hesabı ilə qalib gəlib.
Matçın yeganə qolunu 47-ci dəqiqədə İspaniya yığmasının hücumçusu İker Bravo vurub.
Braziliya üç oyundan bir xal toplayaraq C qrupunu dördüncü pillədə başa vurub. İspaniya dörd xalla üçüncü olub.
Digər görüşdə Meksikaya (5 xal) 1:0 hesabı ilə məğlub olan Mərakeş (6 xal) qrup cədvəlinə başçılıq edir. Hər qrupdan ilk iki yeri tutan komanda ilə yanaşı, ilk dörd üçüncü yeri tutan komanda da pley-offa yüksələcək.