“Qarabağ”ın rəqibindən əzmkar qalibiyyət - VİDEO

Xəbərlər
5 Oktyabr 2025 01:51
31
“Qarabağ”ın rəqibindən əzmkar qalibiyyət - VİDEO

İspaniya La Liqasında “Atletik Bilbao” “Malyorka”nı qəbul edib.

İdman.biz bildirir ki, Bilbaoda keçirilən qarşılaşma 2:1 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə başa çatıb.

Meydan sahiblərinin qollarını 9-cu və 82-ci dəqiqələrdə İnyaki Uilyamsla Alehandro Reqo vurublar. Qonaqların heyətində 77-ci dəqiqədə Samu Koşta fərqlənib.

“Atletik” UEFA Çempionlar Liqasında “Qarabağ” klubunun rəqibidir. Komandalar arasında oyun oktyabrın 22-də Bilbaoda keçiriləcək.

İdman.biz