Arteta: “Arsenal” beynəlxalq fasiləyə yaxşı əhval-ruhiyyə ilə gedir”

Xəbərlər
4 Oktyabr 2025 23:17
29
Arteta: “Arsenal” beynəlxalq fasiləyə yaxşı əhval-ruhiyyə ilə gedir”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 7-ci turunda “Vest Hem Yunayted” üzərində 2:0 hesablı qələbə ilə bağlı təəssüratlarını bölüşüb.

İdman.biz bildirir ki, bu qələbədən sonra “Arsenal” 16 xalla turnir cədvəlində birinci pilləyə yüksəlib.

“Sonuncu iki matç həqiqətən fərqli oldu. “Nyukasl”a qarşı yaxşı oynadıq. O qarşıdurma ilə bağlı çox xatirələrimiz, çoxlu yaralarımız və dərslərimiz var. Sonra əvvəlki mövsümlərdə evdə iki dəfə uduzduğumuz “Vest Hem”lə oynadıq.

Futbolçularıma dedim ki, bu oyun yaxşı fürsətdir. Mövsümün əvvəlindən bir sıra çətin matçlar keçirdik, zədələrimiz də öz rolunu oynadı. Buna baxmayaraq, komanda yaxşı oynamağa davam edir. Bu gün qalib gəldik, oyuna nəzarət etdik və heç bir qol buraxmadıq. Əla əhval-ruhiyyə ilə beynəlxalq fasiləyə gedirik”, - Arteta deyib.

İdman.biz