“Yuventus” “Parma”nın azarkeşlərini cəzalandırıb

Xəbərlər
4 Oktyabr 2025 01:08
33
“Yuventus” “Parma”nın azarkeşlərini cəzalandırıb

“Yuventus” klubun yarımmüdafiəçisi Veston Makkenniyə qarşı irqçi ifadələr işlədən üç “Parma” azarkeşinə qarşı sanksiya tətbiq edib.

İdman.biz-in məlumatına görə, insident avqustun 24-də “Allianz” stadionunda A Seriyasının ilk günündə meydan sahiblərinin 2:0 hesabı ilə qalib gəldiyi matçda baş verib.

Klubun mətbuat xidmətindən verilən məlumata görə, qanunu pozan şəxslər hüquq-mühafizə orqanları tərəfindən müəyyən edilib. “Davranış Kodeksi”nə uyğun olaraq, onlara “Yuventus”un təşkil etdiyi futbol tədbirlərində iştirak etmək qadağan edilib.

Turin klubu irqçiliyin istənilən təzahürünü qətiyyətlə pislədiyini vurğulayıb. “Allianz” stadionunda baş verən oxşar hadisələrə görə daha əvvəl də “Roma” və “Torino” azarkeşlərinə qarşı oxşar tədbirlər görülüb.

İdman.biz