“Bavariya”nın baş məşqçisi Can Uzunun heyranıdır

Xəbərlər
4 Oktyabr 2025 00:50
32
“Bavariya”nın baş məşqçisi Can Uzunun heyranıdır

Münhen “Bavariya”sının baş məşqçisi Vensan Kompani “Ayntraxt”la sabah keçirəcəkləri oyunu dəyərləndirib.

İdman.biz bildirir ki, 6-cı turun qarşılaşması Frankfurtda olacaq.

Kompani hessenlilərlə oyunun təhlükəli olacağını deyib.

“Onlar hücumda çox təhlükəlidirlər. Biz də çox qol vururuq. Yəqin ki, heç kim oyunun 0:0 bitəcəyini proqnozlaşdırmayıb”, - baş məşqçi bildirirb.

O, xüsusilə “Ayntraxt Frankfurt”un bombardiri Can Uzunun oyununa heyran olduğunu bildirib.

Kompani Uzunun liqanın “yeni nəsil ən yaxşı oyunçulara” aid olduğunu deyib: “Onun xətlər arasında oynamaqda zəngin bacarıqları var. O, nəinki həlledici ötürməni ata, həm də mühüm qolu vura bilər. Uzunun müxtəlif üsullarla qol vurması və məharətlə düzgün mövqeni seçməsi onu digər oyunçulardan fərqləndirir”.

“Bavariya” 5 turdan sonra 15 xal toplayaraq Bundesliqada turnir cədvəlinə başçılıq edir. 9 xal toplamış “Ayntraxt” dördüncü yerdədir.

“Ayntraxt” Çempionlar Liqasında “Qarabağ”ın rəqibidir. Komandalar 2026-cı il yanvarın 21-də Bakıda oynayacaqlar.

İdman.biz