Arne Slot: “Qalatasaray” “Liverpul”a kələk gələ bildi”

Xəbərlər
1 Oktyabr 2025 07:24
47
Arne Slot: “Qalatasaray” “Liverpul”a kələk gələ bildi”

Baş məşqçi Arne Slot hesab edir ki, “Qalatasaray”ın “Liverpul”a kələk gələrək qalib gələ bilib.

İdman.biz bildirir ki, UEFA Çempionlar Liqasının ikinci turu çərçivəsində bu komandalar arasındakı oyun 1:0 hesabı ilə Türkiyə təmsilçisinin xeyrinə qurtarıb.

“Biz həm topla, həm də topsuz tamamilə fərqli oynadıq. İlk hissədə kifayət qədər yaxşı oynadıq və 1:0 hesabı ilə önə çıxmaq şansımız var idi.

Bəzən bugünkü penaltidə olduğu kimi, bizə müəyyən situasiyalarda hiylə gəlmək mümkün olur və mən buna görə Dominik Soboslayini qınaya bilmərəm. Onlar 20%-lik penalti şansını 100%-ə çevirdilər. Çox ağıllı hərəkət etdilər.

Ötən mövsümün səviyyəsindən o qədər də uzaq deyilik. Bəzən bu nəticələr cədvələ görə olur. “Qalatasaray”la matç asan deyildi. İndi bizi “Çelsi” ilə çətin oyun gözləyir.

Keçən mövsümdə olduğu kimi hər şeyi detallar həll edir. Ardıcıl ikinci dəfədir ki, detallar bizim xeyrimizə deyil. Birinci hissədə çox şey gördüm, ikinci hissədə isə daha az. Ritmi tutmaq çətin idi”, - “Liverpul”un baş məşqçisi bildirib.

İdman.biz