Çempionlar Liqasının 2025/2026-cı il mövsümünün 2-ci turunda “İnter”lə “Slaviya Praqa” Milanda qarşılaşıblar.
İdman.biz bildirir ki, oyunda meydan sahibləri 3:0 hesabı ilə qalib gəliblər.
Qarşılaşmada ilk qolu Lautaro Martines vurub. Argentinalı hücumçu 30-cu dəqiqədə fərqlənib. 34-cü dəqiqədə meydan sahiblərinin müdafiəçisi Denzel Dumfris fərqi artırıb. İkinci hissədə Lautaro Martines 65-ci dəqiqədə dubl edib – 3:0.
Çempionlar Liqasının ilk turunda italyanlar “Ayaks”ı 2:0 hesabı ilə məğlub edib, “Slaviya Praqa” isə Norveç təmsilçisi “Bodo-Qlimt”lə 2:2 hesablı heç-heçə edib.
Çempionlar Liqasının hazırkı qalibi Fransanın PSJ klubudur.