“Bavariya”dan möhtəşəm səfər qələbəsi - VİDEO

Xəbərlər
1 Oktyabr 2025 01:00
35
“Bavariya”dan möhtəşəm səfər qələbəsi - VİDEO

UEFA Çempionlar Liqasının 2025/2026-cı il mövsümünün ikinci turunun “Pafos”(Kipr) – “Bavariya” (Almaniya) oyunu yekunlaşıb.

İdman.biz bildirir ki, qarşılaşmada Münhen komandası 5:1 hesabı ilə qalib gəlib.

15-ci dəqiqədə Harri Keyn qonaqları önə çıxarıb, 20-ci dəqiqədə Rafael Gerreyro dubl edib, 31-ci dəqiqədə isə Nikolas Cekson qonaqların 3-cü qolunu vurub. Keyn 34-cü dəqiqədə dubl edib. Mislav Orşiç 45-ci dəqiqədə buraxılan qollardan birinin əvəzini çıxıb. “Bavariya”nın 5-ci qolunu 69-cu dəqiqədə Mixael Olise vurub.

Bu oyundan sonra “Pafos” Çempionlar Liqasının ümumi cədvəlində bir xalla sonlarda qərarlaşıb, “Bavariya” isə altı xalla liderlər sırasındadır.

Növbəti mərhələdə “Pafos” oktyabrın 21-də səfərdə "Kayrat"la, “Bavariya” isə oktyabrın 22-də “Brügge”nin qonağı olacaq.

İdman.biz