“Kayrat”ın baş məşqçisi Rafael Urazbaxtin komandasının UEFA Çempionlar Liqasının 2-ci turunun “Real Madrid”lə oyunu barədə danışıb.
İdman.biz bildirir ki, qarşılaşma 5:0 hesabı ilə madridlilərin xeyrinə başa çatıb.
“Nəyi şərh edim? Fərqli çəki dərəcələrindəyik. Bunu qəbul etməliyik. Belə rəqibə qarşı əvəzolunmaz təcrübə qazandıq. Məğlub olmaq həmişə pisdir. Cəhd etdik və yaxşı oynadığımız anlar oldu. Yəqin ki, bir qol vura bilərdik. Amma alınmadı. Uşaqlara və azarkeşlərə rəşəkkür edirəm. Yəqin ki, “Real Madrid”i havayıdan bura gətirməmişik.
Bu cür komandaları Qazaxıstana nə qədər tez-tez gətirsək, bu, bütün ölkə üçün faydalı olacaq. Klub da böyüyəcək, futbolçular da”, - Urazbaxtin bildirib.
Çempionlar Liqasının ilk turunda “Kayrat” “Sportinq”ə 1:4 hesabı ilə uduzub. Növbəti mərhələdə Almatı komandası isə “Pafos”la (21 oktyabr) qarşılaşacaq.