“Atalanta” geridönüş edərək “Brügge”ni məğlub edib - VİDEO

Xəbərlər
30 Sentyabr 2025 22:57
32
“Atalanta” geridönüş edərək “Brügge”ni məğlub edib - VİDEO

Çempionlar Liqasının 2025/2026-cı il mövsümünün ikinci turunda “Atalanta” Belçikanın “Brügge” klubu ilə qarşılaşıb.

Komandalar Berqamodakı “Stadio Ceviss - Atleti Azzurri d'Italia” stadionunda oynayıblar.

Matçda hesabı 38-ci dəqiqədə “Brügge"nin yarımmüdafiəçisi Kristos Tsolis açıb. İkinci hissənin 75-ci dəqiqəsində meydan sahiblərinin yarımmüdafiəçisi Lazar Samarciç penalti ilə bərabərliyi bərpa edib. 87-ci dəqiqədə “Atalanta”nın futbolçusu Mario Paşaliç komandasını önə keçirib - 2:1. Qarşılaşma bu hesabla meydan sahiblərinin xeyrinə başa çatıb.

Çempionlar Liqasının ilk turunda belçikalılar “Monako”ya 4:1 hesabı ilə qalib gəliblər, Berqamo klubu isə 4:0 hesabı ilə PSJ-yə məğlub olub.

Çempionlar Liqasının hazırkı qalibi PSJ komandasıdır.

İdman.biz