“Real Madrid” Almatıda “Kayrat”a böyük hesabla qalib gəlib - VİDEO

Xəbərlər
30 Sentyabr 2025 22:44
42
“Real Madrid” Almatıda “Kayrat”a böyük hesabla qalib gəlib - VİDEO

UEFA Çempionlar Liqasının 2-ci turunun “Kayrat” – “Real Madrid” matçı sona çatıb.

İdman.biz bildirir ki, oyun Qazaxıstanın Almatı şəhərindəki Mərkəzi Stadionunda baş tutub. Qarşılaşma 5:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

26-cı dəqiqədə qonaq komandanın hücumçusu Kilian Mbappe penalti ilə hesabı açıb. 52-ci dəqiqədə Mbappe ikinci qolu vurub. 74-cü dəqiqədə Mbappe het-trik edib. 83-cü dəqiqədə yarımmüdafiəçi Eduardo Kamavinqa İspaniya nəhənginin 4-cü qolunu vurub. 90+3-cü dəqiqədə Brahim Diaz beşinci qola imza atıb.

Çempionlar Liqasının ilk turunda “Real Madrid” “Marsel”i 2:1 hesabı ilə məğlub edib, “Kairat” isə “Sportinq”ə 1:4 hesabı ilə uduzub. Növbəti mərhələdə “Real Madrid” “Yuventus”la (22 oktyabr), Almatı komandası isə “Pafos”la (21 oktyabr) qarşılaşacaq.

Builki Çempionlar Liqasının finalı Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək. Turnirin həlledici qarşılaşması 2026-cı il mayın 30-da baş tutacaq.

İdman.biz