“Bavriya”nın müşahidə şurasının üzvü Karl-Hayns Rummenigge Nik Voltemadenin transfer qiyməti ilə razılaşmayıb.
İdman.biz bildirir ki, yay transfer pəncərəsi zamanı “Nyukasl” “Ştutqart”dan hücumçu Nik Voltemeydi 85+5 milyon avroya alıb. Futbolçu ilə “Bavariya” da maraqlanırdı.
Voltemade bu mövsüm 3 oyunda 2 qol vurub.
“Biz kimisə, xüsusən də “Ştutqart”ın maliyyəçilərini sevindirmək üçün hər tələbi yerinə yetirməli deyilik”. Mən sadəcə “Ştutqart”I təbrik edə bilərəm. Onlar bu qədər pul ödəyən “axmağı” tapıblar. Biz bunu etməzdik”, - o bildirib.