“Kayrat”ın forvardı “Real”la oyun barədə: “Sonadək mübarizə aparacağıq”

Xəbərlər
29 Sentyabr 2025 21:47
39
“Kayrat”ın forvardı “Real”la oyun barədə: “Sonadək mübarizə aparacağıq”

“Kayrat”ın 17 yaşlı hücumçusu Dastan Satpayev UEFA Çempionlar Liqasının ikinci turunda “Real Madrid”lə qarşılaşma haqda danışıb.

İdman.biz bildirir ki, komandalar çərşənbə axşamı, sentyabrın 30-da Almatıda qarşılaşacaqlar.

“Rəqibimizi pressinq etməyə çalışacağıq. Bu, bizim üçün yeni təcrübədir və biz nəyə qadir olduğumuzu göstərmək istəyirik. İlk növbədə, komandanın uğur qazanması və bu oyundan maksimum fayda əldə etməsi mənim üçün vacibdir.

Təbii ki, “Real Madrid”ə qalib gəlməyin nə qədər çətin olduğunu başa düşürük. “Real” çətin rəqibdir – onlar bir neçə dəfə Çempionlar Liqasının qalibi olublar, amma mən əminəm ki, azarkeşlərimiz üçün oynasaq, uğur qazanacağıq”.

Dastan Satpayev gələn ilin avqustundan Londonun “Çelsi” klubunun heyətinə keçəcək.

İdman.biz