Niko Kovaçın baş məşqçisi olduğu “Borussiya Dortmund” Bundesliqanın beşinci turunda səfərdə “Maynts 04”ə 2:0 hesabı ilə qalib gəlib.
Qaliblərin qollarını isveçli müdafiəçi Daniel Svensson və almaniyalı yarımmüdafiəçi Kərim Adeyemi vurub. “Maynts”ın qapıçısı Robin Zentner 67-ci dəqiqədə meydandan qovulub.
“Borussiya Dortmund”un hazırda 13 xalı var və turnir cədvəlində ikincidir. “Maynts 04” 4 xalla 13-cü yerdədir.
Növbəti turda “Borussiya Dortmund” “Leypsiq”i qəbul edəcək, “Maynts” isə səfərdə “Hamburq”la qarşılaşacaq.
Almaniya çempionatının 5-ci turu çərçivəsində "Haydenhaym" və "Auqsburq" komandaları da üz-üzə gəliblər.
Oyunun 47-ci dəqiqəsində meydan sahiblərinin oyunçusu Mikkel Kaufmann cərimə meydançasının kənarından vurduğu zərbə ilə hesabı açıb. 7 dəqiqə sonra isə Sirlord Konte hesabı 2:0-a çatdırıb.
Final fitinə az qalmış Filip Tits “Auqsburq”un təsəlli qolunu vurub. Hazırda komandaların hərəyə üç xalı var və 16-17-ci yerləri bölüşürlər.
Ole Vernerin rəhbərlik etdiyi “Leypsiq”klubu isə səfərdə “Volfsburq”a qalib gəlib.
“Leypsiq”in hücumçusu Yohan Bakayoko səkkizinci dəqiqədə oyunda yeganə qolu vurub. İkinci hissəyə əlavə edilmiş vaxtda qonaqların yarımmüdafiəçisi Kristof Baumqartner penaltini yerinə yetirə bilməyib.
“Leypsiq”in 12 xalı var və turnir cədvəlində üçüncüdür. “Volfsburq” 5 xalla 12-ci yerdədir.