PSJ qələbə qazanaraq liderliyini möhkəmləndirib - VİDEO

Xəbərlər
28 Sentyabr 2025 01:15
25
PSJ qələbə qazanaraq liderliyini möhkəmləndirib - VİDEO

Fransa Liqa 1-də VI turun “Pari Sen-Jermen” – “Oser” matçı başa çatıb.

İdman.biz bildirir ki, komandalar Parisdəki “Park des Prens” stadionunda qarşılaşıblar.

32-ci dəqiqədə ukraynalı müdafiəçi İlya Zabarnı hesabı açıb – 1:0. Bu, ukraynalının parislilərin heyətində debüt qolu olub. 54-cü dəqiqədə braziliyalı müdafiəçi Lukas Beraldo fərqi iki topa çatdırıb.

PSJ 6 oyundan sonra 15 xalla Liqa 1-in turnir cədvəlində birincidir. “Oser” Fransa çempionatında 6 xalla 13-cü yerdədir.

Fransa çempionatında daha bir oyun “Tuluza” ilə “Nant” arasında keçirilib. Matç 2:2 hesabı ilə bitib.

Görüşdə qolları “Tuluza”dan Qbou (47), Dönnüm (68), “Nant”da Lahdo (45+4) və Leru (61) isə vurublar.

İdman.biz