Azərbaycanın U-17 qız millisi Gürcüstana məğlub oldu - FOTO

6 Sentyabr 2026 23:21
39
Azərbaycanın U-17 qız millisi Gürcüstana məğlub oldu - FOTO

17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Gürcüstanın U-17 yığması ilə ilk yoldaşlıq oyununu keçirib.

İdman.Biz xəbər verir ki, “Dalğa Arena”nın ehtiyat meydançasında baş tutan qarşılaşma Gürcüstan millisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandalar arasında ikinci yoldaşlıq görüşü sentyabrın 9-da saat 11:00-da keçiriləcək.

İdman.Biz