UEFA Estoniya və Litva milli komandalarına məğlubiyyət cəzası verib

6 Fevral 2026 21:15
127
UEFA Estoniya və Litva milli komandalarına məğlubiyyət cəzası verib

Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) Estoniya və Litvanın 17 yaşadək qadınlardan ibarət milli komandalarına Avropa Çempionatının seçmə mərhələsində belaruslu həmyaşıdlarına qarşı oynamaqdan imtina etdiklərinə görə onlara cəza tətbiq edib.

“Estoniya Futbol Federasiyası və Litva Futbol Federasiyasının Belarus milli komandasına qarşı Avropa Qadınlar U17 Çempionatının seçmə oyunlarında iştirak etməkdən imtina etməsi səbəbindən UEFA Nəzarət, Etika və İntizam Orqanı Estoniya və Litva komandalarına 0:3 hesabı ilə cəza verib.

Belarus U17 komandasının Maltalı həmyaşıdlarına qarşı qalan oyunu ilə bağlı dəqiq məlumatlar daha sonra açıqlanacaq”, - deyə Belarus Futbol Federasiyası (ABFF) açıqlamasında bildirib.

İdman.Biz