Tatyana Tarasova Veronika Jilinanın Azərbaycan yığmasını seçməsini itki saymır

Xəbərlər
20 May 2025 23:31
108
Tatyana Tarasova Veronika Jilinanın Azərbaycan yığmasını seçməsini itki saymır

Təcrübəli mütəxəssis Tatyana Tarasova fiqurlu konkisürən Veronika Jilinanın Azərbaycan yığmasını seçməsinə şərh edib.

İdman.biz xəbər verir ki, o, bu keçidi Rusiya idmanı üçün ciddi itki hesab etmir.

Tarasovanın sözlərinə görə, Jilina istedadlı gəncdir, lakin zədə səbəbindən son iki ildə yarışa çıxmayıb: "Bu müddət qız üçün çox uzun müddətdir, xüsusən də o yaşda. O, fiziki və psixoloji cəhətdən dəyişmiş olmalıdır. Biz beynəlxalq idmana qayıtmalı, yarışlarda iştirak etməli və nəticələr göstərməliyik".

Tarasova onu da əlavə edib ki, Rusiya fiqurlu konkisürmədə kifayət qədər güclü idmançılar var: "Bizim çoxlu görkəmli qızlarımız var. Ona görə də o, idman vətəndaşlığını dəyişmək qərarına gəlsə, bu, onun şəxsi işidir. Bu addımı Rusiya üçün itki hesab etmirəm".

Qeyd edək ki, 17 yaşlı Jilina bir neçə gün əvvəl Azərbaycan pasportunu əldə edib. Rusiya Fiqurlu Konkisürmə Federasiyası isə idmançının Azərbaycan yığmasında iştirakını təsdiq etməyib.

İdman.biz