Olimpiya çempionu Bakıda: "Belə bir gözəllik gözləmirdim" - VİDEO

Xəbərlər
17 May 2025 18:01
72
Olimpiya çempionu Bakıda: "Belə bir gözəllik gözləmirdim" - VİDEO

Məşhur rusiyalı fiqurlu konkisürən, 2006-cı il Olimpiya çempionu Roman Kostomarov həyat yoldaşı ilə birlikdə ilk dəfə Bakıya səfər edib.

İdman.biz xəbər verir ki, veteran idmançı bu barədə sosial şəbəkə səhifəsində paylaşım edib.

O, videoda şəhər haqqında təəssüratlarını bölüşüb: “Hamıya Bakıdan salam! Çox gözəldir! Biz burada ilk dəfəyik. Mən 48 illik həyatımda ilk dəfə. Belə bir gözəllik gözləmirdim!”.

İdman.biz