Ahmet Alperen Tunqa: “Məqsədimiz körlinqi Azərbaycanda inkişaf etdirməkdir” - VİDEO

Müsahibə
8 May 2024 12:11
116
Ahmet Alperen Tunqa: “Məqsədimiz körlinqi Azərbaycanda inkişaf etdirməkdir” - VİDEO

"Körlinq idman növü Türkiyədə 2011-ci ildə fəaliyyətə başlayıb. Hazırda yetərincə populyardır".

İdman.biz xəbər verir ki, bunu Azərbaycanda yeni yaradılmış körlinq idman növü üzrə baş məşqçi Ahmet Alperen Tunqa deyib.

O, Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən körlinq idman şöbəsinin açılış mərasimində bildirib ki, əsas hədəf inkişafdır: "Bu idman növündə Türkiyə yığması dünyanın ilk "10-luğ"unda yer alıb. İndi əsas məqsədimiz körlinqi Azərbaycanda yaradıb, yetərincə inkişaf etdirməkdir. Təbii ki, bir az çətin olacaq. Çünki xeyli zamana ehtiyacımız var. Lakin bu idman növü üzrə Türkiyə və Azərbaycan federasiyaları arasındakı əlaqələr nəticəsində bu məsələlərin daha tez həll olacağına inanıram. Əminəm ki, onlar da bizə lazımı dəstəyi göstərəcəklər. Azərbaycanda da bu idman növü üzrə dünya reytinqində ilk "onluğ"a düşmək istəyirik. Komandada 16-20 yaş aralığında olan kişi və qadınları yığmada gözləyirik. Bu idman növündə özünü sınamaq istəyən 7-dən 77-yə hər kəsi bölməmizə dəvət edirik. Komandada əsasən yerli idmançılara üstünlük vermək istəyirik".

O bildirib ki, əldə olan imkanlar və şərtlər sayəsində 5 ildən sonra beynəlxalq arenalarda mübarizə apara biləcəklər: "7 ildən sonra dünya reytinqində istədiyimiz yerdə olacağımıza inanıram".

Banuçiçək Hüseynli
İdman.biz