Azərbaycan yığmasının dünya çempionatındakı təmsilçiləri müəyyənləşib

Xəbərlər
29 Fevral 2024 12:55
Azərbaycan yığmasının dünya çempionatındakı təmsilçiləri müəyyənləşib

Fiqurlu konkisürmə üzrə dünya çempionatının iştirakçılarının tam siyahısı açıqlanıb.

İdman.biz xəbər verir ki, Kanadanın Monreal şəhərində təşkil olunacaq yarışda Azərbaycan idmançıları iki növdə mübarizə aparacaqlar.

Kişilərin yarışında ölkəmizi Vladimir Litvintsev təmsil edəcək. Adrienna Karhart və Aleksandr Kolosovski isə idman rəqslərində yarışa qatılacaqlar.

Qeyd edək ki, Monrealdakı çempionat martın 18-24-də keçiriləcək.

İdman.biz

Məqalədə: