Kompleks direktoru hər kəsi körlinqlə məşğul olmağa çağırıb - VİDEO

Müsahibə
8 May 2024 12:23
Kompleks direktoru hər kəsi körlinqlə məşğul olmağa çağırıb - VİDEO

"Azərbaycanda qış idman növlərinin inkişafı üçün işlər aparılır”.

İdman.biz xəbər verir ki, bunu Heydər Əliyev adına İdman-Konsert Kompleksinin direktoru Fikrət Hüseynov deyib.

O, qurğunun buz meydançasında körlinq idman növü üzrə bölmənin açılış mərasimində bildirib ki, gələcəkdə qış idman növləri Azərbaycanda populyarlıq qazanacaq: “Bir il öncə Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə buz meydançasının da açılışı olmuşdu. Hər kəsi Qış Olimpiya Oyunlarına daxil olan körlinq idman növü ilə məşğul olmağa dəvət edirik. İnkişaf üçün əlimizdən gələni edəcəyik. Ölkəmizdə yeni hokkey komandası da yaradılıb. Hətta bu yaxınlarda Rusiya təmsilçisi ilə yoldaşlıq görüşü keçirdilər. Sevindirici haldır ki, görüşdən qalib ayrıldıq”.

Banuçiçək Hüseynli
İdman.biz